Deputat: “Torpağı olan şəxslərə də 190 manat verilsin”

23

 

Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə adına kiçik torpaq sahəsi olan şəxslərin koronavirus pandemiyası ilə əlaqədar dövlətin ayırdığı yardımdan məhrum olunduqlarına bir daha diqqət çəkib.

O, bu şəxslərə də 190 manatlıq birdəfəlik verilməsi təklifilə çıxış edib.

A.Mirzəzadə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı məşğul olmalıdır: “Həmin insanların torpaqdan istifadə edib-etmədiyi araşdırılsın. Əgər onlar torpaq sahəsindən istifadə edə bilmirlərsə, həmin vətəndaşlara da yardım ayrıla bilər”. Deputat Prezidentin yardım alacaq şəxslərin sayını 200 mindən 600 minədək qaldırdığını da qeyd etdi.

O, həmçinin xatırlatdı ki, 65-dən yuxarı 200-ə yaxın məhkum əfv edildi. Təklif etdi ki, cəzasının bitməsinə 1 il, 1 il yarım qalmış məhkumların da azadlığa buraxılması, onların bu çətin günlərdə ailəsi ilə bir yerdə olması məsələsinə baxıla bilər. (msavat.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin