Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb.
“Fiat” markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlar Şabran rayon sakinləri – 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, 1986-cı il təvəllüdlü Qasanov Ziya Məzahir oğlu və 1986-cı il təvəllüdlü Mirzəliyev Pərvin Nəsrulla oğludur.
Xəsarət alan şəxslər sinif yoldaşları olub. (apa)