Böyük Dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə başlayır

10

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.

yasamal.tv xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev 1/16 finalda Avstriya təmsilçisi Lukas Rayterlə üz-üzə gələcək.

81 kq-da yarışan Hidayət Heydərov 1/8 finalda rumıniyalı Marsel Çerçanın, eyni çəkidəki Zelim Tskayev isə 1/16 finalda İsraildən olan Ben Haroçun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin