Röyadan Flora Kərimovaya cavab: “Məni sıxmayın”

11

Xalq artisti Röya Ayxan Flora Kərimovanın onunla bağlı dediklərinə cavab verib.

yasamal.tv xəbər verir ki, müğənni Kərimovanın videosunu İnstaqramda yayımlayaraq bunları qeyd edib:

“Çox sevindim, əvvəlki kimi məni sevməyə başladınız. Rica edirəm ki, başqalarına əsəbiləşib məni sıxmayasınız. Ürəyimdə hamının bir yeri var. Sizə uzun ömür arzu edirəm”.

Qeyd edək ki, F.Kərimova illərdir küsülü olduğu Röya ilə bağlı “ATV maqazin onlarla” proqramında “Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım. Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır” sözlərini söyləyib.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin