“Nant” baş məşqçisi Raymon Domeneki istefaya göndərib.
yasamal.tv xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 69 yaşlı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışıdır. “Nant” son 8 matçda 4 heç-heçə edib, 4 dəfə uduzub.
Domeneki Antuan Kombuarenin əvəzləyəcəyi bildirilib. O, daha əvvəl “Vaelnsiennes”, PSJ, “Lans”, “Qenqam”, “Dijon” və “Tuluza”da izləyib.
Qeyd edək ki, Domenek ötən il dekarın 27-i Fransa Liqası təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. Onun bundan əvvəlki son iş yeri 2004 – 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi idi. Komanda onun başçılığı ilə “DÇ-2006″nın gümüş mükafatına sahib olub.
Xatırladaq ki, “Nant” Fransa çempionatında 24 turdan sonra 20 komanda arasında 19 xalla 18-ci pillədə qərarlaşıb. (qol.az)