“Qalatasaray” kubokla vidalaşdı

10

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

yasamal.tv xəbər verir ki, evdə “Alanyaspor”la qarşılaşan “Qalatasaray” gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzub.

Qonaqların heyətində qolları 30 və 48-ci dəqiqələrdə Kuma Babakar, 41-ci dəqiqədə Salih Uçan vurub. Meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Mustafa Məhəmməd, 90+4-cü dəqiqədə Jedson Fernandeş fərqlənib.

Bu nəticədən sonra “Qalatasaray” ölkə kubokunda mübarizəni dayandırıb. “Alanyaspor” isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən evdə “Başakşəhər”ə 1:2 hesabı ilə uduzan “Fənərbaxça” da ölkə kuboku ilə vidalaşıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin