Hər yaşda rast gəlinən yaddaş zəyifliyi əvvəl özünü çox kiçik detallarla büruzə verir. Unutqanlıq, erkən hiss olunmadığı və müalicəsi gecikdiyi təqdirdə, həyatı əsl cəhənnnəmə çevirir. Bəs yaddaş zəyifliyinə qarşı nə etmək lazımdır?
yasamal.tv xəbər verir ki, unutqanlığı aradan qaldıran vasitələri təqdim edir:
1.Tapmacalara üstünlük verin
Müxtəlif tapmacalar öyrənin və onların cavabını tapmağa çalışın. Bəzən onu söz oyunları ilə də əvəz edə bilərsiniz.
2.Mütaliə edin
Unutqanlığı aradan qaldırmaq üçün kitab oxumaq faydalıdır. Mütaliə zehni fəaliyyəti stimullaşdırır.
3.Yeni sosial layihələrə qoşulun
Əgər monoton həyatınız varsa bu sizi asanlıqla depressiyaya sala bilər. Buna görə də hər hansı bir yeni layihəyə qoşulmaq tövsiyyə olunur.
4.Dostlarınızla tez-tez görüşün
Perspektivinizi daha da genişləndirən və sizə enerji verən dostlarınızla tez-tez görüşün. Bu, sosial ehtiyaclarınızın ödənilməsini təmin edəcək və digər işlərinizdə sizə motivasiya olacaq.
5.Səyahətlər planlaşdırın
Harasa səfər çıxmaq istəyirsinizsə bunu təxirə salmayın. Həyata dair istəklərinizi reallaşdırdıqca yaddaş zəyifliyinizi də aradan qalxacaq.
6.Xarici dil öyrənin
Əgər vaxtınız yoxdursa onlayn kurslar vasitəsilə hər hansı xarici dil öyrənə bilərsiniz. Həftədə bir-iki saatınızı bu məşquliyyətə ayıra bilərsiniz.