“Pekin-2022”: Olimpiya məşəlinin dizaynı təqdim olundu

10

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.

yasamal.tv xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər verir ki, məşəlin görünüşü hər il Oyunların başlamasına 1 il qalmış təşkil olunan ənənəvi tədbir zamanı nümayiş etdirilib.

Çinin estetik dəyərini, ənənəsini və inkişaf etmiş texnologiyasını özündə əks etdirən dizayn münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Pekin-2022” gələn il 4-20 fevralda keçiriləcək. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin