ABŞ rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımının dayandırılmasından daha da irəli getməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə “Fox News”a açıqlamasında ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
“ÜST-nin hazırkı rəhbərliyi Vaşinqtonun şikayətləri ilə bağlı məsələləri həll etmək iqtidarında deyil. Bəlkə də ABŞ-ın vergi ödəyicisi vəsaitlərinin ÜST-ə köçürülməsini bir daha imzalamayacaq.
Daha da kardinal dəyişikliyə ehtiyacımız ola bilər” – Pompeo ÜST rəhbərliyindəki dəyişikliyə toxunaraq cavab verib.