Müəllim Cen Ellisin senator Berni Sandersə hədiyyə etdiyi toxunma əlcəklər prezident Co Baydenin andiçmə mərasimində xeyli diqqət çəkdi və tez bir zamanda sosial şəbəkələrdə yayıldı.
yasamal.tv bildirir ki, xeyli müzakirələrə səbəb olan əlcəklər satışı ilə rekord qırıb. Onları hazırlayan Cen Ellis “Vermont Teddy Bear” şirkəti ilə müqavilə imzalayıb. Bundan sonra əlcəklərin kütləvi istehsalına başlanılacaq. Beləliklə də, senatorun əlcəyindən hər kəs ala biləcək.
Qeyd edək ki, bir müddət əvvəl senatorun yundan kiçik maketi də toxunub. Həmin oyuncaq internetdən satışa çıxarılaraq 20 min 300 dollara (34 min 530 manata) alıcı tapıb.