Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı və 28-ci Ümumdünya yarışlarının vaxtı dəyişdirilib.
yasamal.tv bu barədə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən məlumat verir.
FIG bu il keçiriləcək bir neçə yarışın tarixini dəyişdirdiyini açıqlayıb.
Belə ki, Bakıdakı batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçirilmə tarixi bir həftə sonraya keçirilib. Yeni qərara əsasən, yarış bu il noyabrın 18-21-də keçiriləcək. Bundan əvvəl çempionatın noyabrın 11-14-də keçirilməsi planlaşdırılırdı.
Yaş qrupları arasında 28-ci Ümumdünya yarışlarının keçirilmə vaxtı isə noyabrın 19-22-dən, noyabrın 26-29-a keçirilib.
Yarışların vaxtının dəyişdirilməsi qərarı FIG konqresinin bir il müddətinə, 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədar verilib.(modern.az)