Dövlətin sirrini yayan hərbçilər saxlanıldı

11

Türkiyənin paytaxtı Ankarada dövlətin təhlükəsizliyi və ya daxili və xarici siyasi faydaları baxımından gizli qalması zəruri olan məlumatları əldə edərək yayanlar saxlanılıb.

yasamal.tv xəbər verir ki, həmin şəxslər 2 istefada olan polkovnik, 1 zabit və 1 mülki şəxsdir.

Ankara Cümhuriyyət Baş Prokurorluğu onların nəzarətə götürülməsi ilə bağlı qərar verib:

“Bu barədə məlumat Terror Cinayətləri İstintaq İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilən izləmə ilə əldə olunub”.

Açıqlamada bildirilib ki, şübhəlilər yaxalanıb, istintaq hərəkətləri Ankara Baş Polis İdarəsində davam etdirilir.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin