Apple kompaniyası yenidən dünyanın ən bahalı brendi adına layiq görülüb.
yasamal.tv-ın fins.az-a istinadən məlumatına görə, konsaltinq şirkəti Brand Finance tərəfindən hər il hazırlanan Brand Finance Global 500 reytinqinə görə, Amerika şirkətinin kapitalizasiyası 263,4 milyard dollar dəyərləndirilir.
Apple şirkətini reytinqdə Amazon (254,2 milyard dollar) və Google (191,2 milyard dollar) izləyir.
Bildirək ki, 2020-ci il reytinqində isə Apple kompaniyası bazar kapitalizasiyası 141 milyard dollar olduğuna görə üçüncü yerdə qərarlaşmışdı.
Brand Finance reytinqinə görə, 4-cü pillədə Microsoft (140,4 milyard dollar), 5-ci Koreya şirkəti Samsung (102,6 milyard dollar), 6-cı Amerika Walmart-ı (93,2 milyard dollar), 7-ci Amerika şirkəti Facebook (81,5 milyard dollar), 8-ci Çin şirkəti ICBC – 72,8 milyard dollar, 9-cu Amerika şirkəti Verizon 68,9 milyard dollar və TOP 10-luğu Çin şirkəti WeChat (67,9 milyard dollar) bağlayıb. TOP 500-ə düşən şirkətlərin ümumi dəyəri 4 trilyon dollar təşkil edib. Türkiyə şirkətlərindən isə bu il reytinqə düşən olmayıb. TOP 500-ə düşən şirkətin 204-ü Amerika, 75-i Çin, 34-ü Yaponiya, 33- Fransa, 22- Almaniya, 19-u isə Britaniya şirkəti olub.
TOP 20-yə düşən şirkətlər və onların gəlirlərinin milyard dollar ilə ifadəsi
2021 Brendlərin reytinqi |
Ölkə |
İstiqamət |
2021 brendlərin dəyəri milyard dollar ilə |
1 |
Apple |
ABŞ |
Теxnologiya |
263.375 |
2 |
Amazon |
|
Pərakəndə satış |
254.188 |
3 |
Google |
|
Texnologiya |
191.215 |
4 |
Microsoft |
|
Техnologiya |
140.435 |
5 |
Samsung Group |
Cənubi Koreya |
Тexnologiya |
102.623 |
6 |
Walmart |
|
Рərakəndə satış |
93.185 |
7 |
Facebook |
BŞ |
Texnologiya |
81.476 |
8 |
ICBC |
Çin |
Bank sektoru |
72.788 |
9 |
Verizon |
|
Теlekommunikasiya |
68.889 |
10 |
WeChat |
Çin |
Texnologiya |
67.902 |
11 |
China Construction Bank |
Çin |
Bank sektoru |
59.649 |
12 |
Toyota |
Yaponiya |
Avtomobil sektoru |
59.479 |
13 |
Mercedes-Benz |
Almaniya |
Аvtomobil sektoru |
58.225 |
14 |
Tencent |
Çin |
Texnologiya |
56.432 |
15 |
Huawei |
Çin |
Техnologiya |
55.396 |
16 |
State Grid |
Çin |
Ümumi xidmətlər |
55.203 |
17 |
Ping An |
Çin |
Sığorta |
54.579 |
18 |
Taobao |
Çin |
Pərakəndə satış |
53.335 |
19 |
Agricultural Bank Of China |
Çin |
Bank sektoru |
53.134 |
20 |
Home Depot |
|
Pərakəndə satış |
52.917 |
