Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabı hallarını 23%azaldır.
yasamal.tv xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin İctiami Səhiyyə və İslahatlar Mərkəzi viruslardan qorunmaqla bağlı hazırladığı tövsiyədə öz əksini tapıb.
Həmin tövsiyəni təqdim edirik:
Əllərinizi sabunla yuyun!
Yoluxucu xəstəliklərin 80%-i təmasla ötürülür
Əlləri sabunla yumaq tənəffüs yollarının iltihabı hallarını 23%azaldır
Əllər təmiz olduqda mikroblar daha tez məhv olur, çirkli əllərdə isə 95% hallarda çoxalır
Yadda Saxlayın!
Əllərin təmiz olması üçün onları sabunla yumaq mütləqdir.
Birinci dəfədə dəri üzərindən mikroblar gedir.
İkinci yumada isə açılmış məsamələr təmizlənir. (e-tibb.az)