“Dünyadakı milyonlarla müsəlmana müqəddəs Ramazan ayı münasibətilə ən səmimi arzularımı çatdırıram”.
yasamal.tv xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş dünya müsəlmanlarının Ramazan ayını təbrik edərkən deyib.
O bildirib ki, bu dəfə Ramazan ayı çox fərqli keçəcək:
“Yeni tip koronavirusa qarşı görülən tədbirlər bir çox kollektiv fəaliyyətlərə təsir edəcək. Eyni zamanda, xeyli insan Ramazan ayına müharibələrin kölgəsində girəcək”.
Qurani-Kərimdən sülh ayələrini xatırladan Quterreş beynəlxalq aləmə atəşkəs çağırışı edib:
“Bəşəriyyətin ümumi düşməni olan virusa qarşı mübarizə aparmağımız vacibdir”. (kult.az)