Ceyms Bonq haqqında çəkilən “No Time to Die” adlı yeni filmin premyerası koronavirus pandemiyası səbəbindən üçüncü dəfə təxirə salınıb.
yasamal.tv xəbər verir ki, bu barədə Lenta.ru xəbər yayıb.
Filmin 25-ci hissəsi 2021-ci ilin aprelində çıxmalı idi, lakin nümayiş altı ay müddətinə təxirə salınıb. Film oktyabrın 8-də ekranlarda yayımlanacaq.
Rejissoru Keri Fukunq olan filmdə Kristof Valts, Lea Seydu, Ana de Armas, Ben Uişou və Reyf Fayns iştirak edir.