“İnternational Azerbaijani Ladies Club” 20 Yanvar şəhidlərimizi yad edib – Fotolar

13

“İnternational Azerbaijani Ladies Club”un 2021-ci ildə ilk vebinarı 20 Yanvar şəhidlərimizə həsr olunub.

yasamal.tv xəbər verir ki, “Şəhidlərimiz müstəqilliyimizin təməlidir!” adlı vebinar bugün təşkil olunub. 2021-ci ilin ilk beynəlxalq video konfransı Hollandiyadan Kamalia Ceylinova,  Azərbaycandan isə Svetlana Osmanlının moderatorluğu ilə uğurla həyata keçirilib.

Konfransda Azərbaycan Milli Məclisinin millət vəkilləri və digər xarici ölkələrin səlahiyyətli nümayəndələri iştirak ediblər. Konfrans 1990-cı ildə baş verən 20 Yanvar faciəsinin anımı ilə başlayıb. Qanlı 20 Yanvarın canlı şahidləri Azərbaycan xalqının qəhrəman və cəsur oğullarının qanı bahasına müstəqillik və suverenlik qazanmağımızdan,  gördüklərindən danışıblar, şəhidlərimizi ehtiramla yad edilib.

Milli Məclisin gənc deputatları Ramin   Məmmədov və Səbinə Xasayeva Azərbaycanın əldə etdiyi tam müstəqillikdən və prezidentimiz İlham Əliyevin komandanlığı ilə ərazi bütövlüyümüzün təmin olunması barasində söz açıblar. Xaricdə yaşayan azərbaycanlıların öhdəsinə düşən məsuliyyəti isə ümumi Şəhidlərimizi ehtiramla yad etmək, ölkəmizi yad ölkədə layiqincə, ləyaqətlə təmsil etməkdir.  Biz prezidentimiz İlham Əliyevin siyasətini bəyənirik və  dəstəkləyirik. “Azerbajani Ladies Club” olaraq hər zaman  prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın yanındayıq.

Konfrans iştirakçılarından biri də  İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimai Əlaqələr Departamentinin rəhbəri Elnar Məmmədli olub. Xatırladaq ki, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın xalqımızın və dövlətimizin maraqlarına xidmət edən siyasətini təbliğ etməyi qarşısına əsas məqsəd qoyub. Eyni zamanda ölkəmizin sosial-iqtisadi inkişafı strategiyasının həyata keçirilməsinə dəstək verir, bu sahədə olan tədbirləri sosial şəbəkələrdə geniş işıqlandırır, beynəlxalq platformalarda həqiqətlərimizin təbliğində yaxından iştirak edir.

Daha sonra konfransda Yalcın Bay, Namik Kamal Yıldırım, Serdar Akyol, Meral Bahar, Elnur Fərzəliyev dövləti dəstəklərindən söhbət açıblar. Məktəb şagirdləri Asim Primov və Zülfiyyə Həsənzadə şeirlər söyləyiblər və tarda şəhidlərimizə aid həzin musiqi səsləndiriblər.

“Azerbaycan-Niderland Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova özünün bəstələdiyi “Şəhidlər” adlı kompozisiyasını səsləndirib. Cəbhədə müzəffər ordumuzla ermənilərə qalıb gəldik,  dünyada da biz düşmənlərimizə qalib gələcəyik.  Bunu gözəl anlayan ermənilər hər pisliklərdən istifadə etmədən çəkinmirlər. Hətta “Şəhidlərimiz Müstəqilliyimizin Təməlidir!” adlı video konfransımıza terrorçu,  ermənisoylu ünsürlər canlı yayıma daxil olaraq əngəl olmaqdan da çəkinməyiblər. Belə texniki qüsur yaratmağa çalışan qeyri-insani əməllərin qarşısını zamanında Kamalia Ceylinova peşəkarcasına ala bilib.

Konfransın sonunda Şəhidlərimizin ruhuna hörmət və ehtiramla Azərbaycandan moderatorumuz həzin şer parçası ilə çıxış edib.

Vebinarin təşkilatçısı «Azerbaijani Ladies Club»un rəhbəri Kamalia Ceylinova olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin