Avroviziya təmsilçimiz TV-ləri tənqid etdi

20

“Avroviziya-2008” təmsilçimiz Elnur Hüseynov “ADDIM” İctimai Birliyinin İnstaqramda canlı yayımına qonaq olub.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan Elnur Hüseynov televiziyaya çıxmamasının səbəbini açıqlayıb: “Televiziyalara çıxmıram. Bəziləri deyir, tənbəldir. Efirə çıxmaq istəmədiyimi gizlədirəm. Ona görə də deyirlər ki, yatıb qaldı. Televiziyaya çıxmaqdan utanıram. Hazırda İTV və AzTV düzəlib”.

Elnur Hüseynov yaradıcılıq planlarından da danışıb: “Sənətdə pul lazımdır. Maddi problemlər olurdu, layihə, ailə, ev…Yeni layihələrimi təqdim edəcəm”.

O karantin rejimini necə keçirdiyini də açıqlayıb: “Evdə musiqi dinləyirəm. Bütün dünyada və xalqımızda pul problemi oldu”.

Müğənni heyvan sevgisindən də danışıb: “Evimdə pişik və it var. Uşaq belə bir daş götürüb heyvana atsa, gələcəkdə arvadını, uşağını döyəcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin