Bu maskanın qiyməti 1,5 milyon dollardır

9

Dünyanın ən bahalı COVID-19 maskası hazırlanıb.

yasamal.tv verir ki, dəyəri 1 milyon 500 min dollar olan maska İsraildə istehsal edilib. COVID-19 maskasını qızıl istehsalı ilə məşqul olan şirkətlərdən biri ərsəyə gətirib.

250 qram saf qızıldan hazırlanan maska 18 əyyardır. COVID-19 maskasının üzəri 3 600 ağ və qara brilyant qaşlarla bəzədilib.

Şirkətin iddiasına görə, maska istifadəyə tam hazır formada düzəldilib. Şirkət rəsmiləri bildirib ki, maska Amerikada yaşayan çinli iş adamının sifarişi ilə hazırlanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin