2021-ci ilin dövlət büdcəsində parlament partiyaları üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.
yasamal.tv xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki. 2021-ci ilin dövlət büdcəsində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 4 milyon manat vəsait nəzərdə tutulub.