Kreml Dağlıq Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib

11

“Dağlıq Qarabağda narahatedici vəziyyət yaşanıb. Lakin bu, çox operativ şəkildə aradan qaldırılıb”.

yasamal.tv-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağda atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

O, baş verənlərlə bağlı məlumatların az olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür. Baş verənlərlə bağlı təcili təmaslar həyata keçirilib. Təqdim edə bildiyimiz bütün məlumat bundan ibarətdir”.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin