Ərdoğanın oxuduğu şer Zərifi qıcıqlandırıb

11

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə prezidenti Ərdoğanın oxuduğu şerə sərt təpki verib.

yasamal.tv xəbər verir ki, “Tvitter”dəki şəxsi hesabında Zərif yazıb: “Ərdoğana Bakıda səhv oxuduğu şeirin Arasın şimal bölgələrinin öz doğma torpaqları olan İranla zorla ayrılmasından bəhs etdiyi deyilməyib!

Azərbaycan Respublikasının suverenliyinə qarşı danışdığını başa düşmədimi?

Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz”.

Xatırladaq ki, söhbət dekabrın 10-da Bakıda keçirilən zəfər paradında çıxışı zamanı Rəcəb Tayyip Ərdoğanın oxuduğu bu şerdən gedir:

“Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın”.(strateq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin