Şəhidlərimizi Tanıyaq: Şəhid Vüqar Əsgərov qisasın alındı

14

Əsgərov Vüqar Rza oğlu (XTQ, MAXE)

yasamal.tv xəbər verir ki, Vüqar Əsgərov 26 noyabr 1994-cü ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. Orta təhsilini Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində alıb. Ən sevdiyi idman növü futbol idi. Vüqar həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Türkiyədə çalışıb. Bir il idi ki, ordumuzda MAHHXHQ – maxe idi. II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Dəstənin tərkibində vuruşaraq qəhrəmanlıqla şəhid olub.

Özünə qapalı biri kimi tanınsa da,  Vüqar əslində çox mərd, dostcanlı və vətənpərvər biri idi. Sadəcə o həyatın çox çətin sınaqlarından keçdiyi üçün insanlarla ünsiyyətdən qaçırdı. Şəhidimiz min əzab-əziyyətlə böyümüşdü.  4 il öncə böyük qardaşını yol qəzasında itirib,  atası şəkərli diabet xəstəsi idi. Ailənin bütün yükü onun üzərinə düşürdü. Vüqarın yarım qalmış arzuları var idi. Hələ o evə gəlin gəlməmişdi, hələ atası sağalmamışdı, böyük oğulun yoxluğuna öyrəşə bilməmişdilər. Generalımızın qisasını alacağına söz vermişdi. İndi də cənnətə görüşünə getdi.

Ümumiyyətlə, Vüqar hər danışanda şəhid olmaq arzusunu dilə gətirirdi. Və hər sağollaşanda sanki sabah şəhid olacaqmış kimi halallıq istəyirdi yaxınlarından… İndi mən Vüqardan soruşmaq istəyirəm: “Vətən oğlu, sən bizə haqqını halal edirsən mi?!”.

Allah şəhidimizə rəhmət etsin! Qisasını aldın, qisasın da alındı. Tarix yazdın, tarixə yazıldın!

Şəhidimiz 25 oktyabr 2020-ci ildə NMR Şərur rayonu Qarabağlar kəndində torpağa tapşırılıb.

Aydan Aslan Yakubova

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin