Koronavirus pandemiyası dünya ölkələrinin üçdə ikisində əməkhaqqıların azalmasına səbəb olub. Məvaciblər ya azalıb, ya da əvvəlkindən daha yavaş templə artıb.
yasamal.tv-ın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.
Sənəddə qeyd olunur ki, böhran ən çox qadınların və az maaş alan işçilərin məvacibinə təsir edib.
“COVID-19 pandemiyası səbəbindən bərabərsizliyin artması bütün dünya üzrə yoxsulluğa gətirib çıxarma təhlükəsi yaradır. Vətəndaşların məşğulluğunu qorumaq üçün effektli tədbirlər görülən ölkələrdə böhran maaşların azalması ilə ifadə edilib. Kütləvi ixtisarlar olmayıb”, – hesabatda deyilir.
Sənəddə həmçinin bildirilir ki, ölkə hökumətləri subsidiyalar ayırmasaydı, orta əməkhaqqı 6,5% azalacaqdı. Lakin dövlət tərəfindən verilən yardım bu məbləğin yalnız 40%-ni ödəyib.(apa)