“İlin uşağı” seçildi

10

Hər il “İlin adamı”nı seçən ABŞ-ın “Time” jurnalı 2020-ci ildə yeni – “İlin uşağı” kateqoriyasını yaradıb.

yasamal.tv bildirir ki, nominasiyada yüksək texnologiyalar sahəsində 15 yaşlı tədqiqatçı Gitanjali Rao qalib gəlib.

2020-ci ildə jurnal “Nickelodeon” kanalı ilə birgə ABŞ-da 8 yaşdan 16 yaşadək 5000 uşağın arasından Raonu “İlin uşağı” seçib.

Xüsusi yaradılmış komissiya bu il beş finalçı müəyyən edib. Lakin komissiyanı ən çox Raonun xidmətləri təsirləndirib: “Rao yalnız elmi alətləri araşdrmır, həm də gündəlik həyatda problemləri həll etmək üçün onları tətbiq edir”.

Beş finalçıdan hər biri “Nickelodeon”un aid olduğu “Viacom” şirkətindən pul mükafatı alacaq.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin