“Euronews” telekanalının əməkdaşları Suqovuşanda – VİDEO

10

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Vətən müharibəsinin gedişatında, oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

yasamal.tv xəbər verir ki, bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

“Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: “Siz bu atı aparmayacaqsınız”. Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik”, – Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin