Bu şəxslər sarımsağı çiy halda yeməməlidir

11

Rusiyalı qastroenteroloq Nikita Xarlov xəbərdarlıq edir ki, sarımsaq faydalı məhsul olsa da onu çiy halda yemək mədə-bağırsaq sistemində problemləri olan insanlara ziyan vura bilər.

yasamal.tv bildirir ki, həkimin sözlərinə görə, sarımsaq selikli qişaları qıcıqlandırır və bununla da mədə pozğunluğu, ishala səbəb ola bilər.

Xarlov sarımsağı xörəklərə əlavə etməyi, sobada bişirilmiş və qurudulmuş halda yeməyi tövsiyə edir.

Həkim bildirib ki, təmizlədikdən sonra sarımsağı xırda doğramaq və ya sıxmaq lazımdır. Bunun nəticəsində sarımsağın tərkibində olan faydalı maddələrin miqdarı artır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin