Limon qabığı qadınları bu xəstəlikdən qoruyur

12

C vitamini zəngin olan limon damarların sağlamlığını qoruyur, orqanizmdə iltihabı azaldır, orqanizmi cavanlaşdırır.

yasamal.tv xəbər verir ki, limonun digər az bilinən faydası da var. Çoxsaylı araşdırmalar limonun tərkibində olan maddələrin şiş əleyhinə təsirini aşkar edib.

Arizona Universiteti (ABŞ) alimləri son araşdırma zamanı aşkar ediblər ki, limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.

Araşdırmada süd vəzi xərçəngi olan 43 qadın iştirak edib. 2 həftə ərzində 2 qr d-limoneni qəbul edən qadınlarda şişin ölçüsü kiçilib və həmçinin onkoloji xəstəliyinin inkişafına təsir edən siklin D1 maddəsinin konsentrasiyası da azalıb.

D-limonen maddəsi tək limonun qabığında deyil, digər sitrus meyvələrinin qabığında da var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin