Xalq artisti Röya Ayxan dostlarına səslənib.
yasamal.tv xəbər verir ki, müğənni dostlarının koronovirus infeksiyasına yoluxduğunu və hamıdan gizlətdiklərini açıqlayıb:
“Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər”.