“Ürəyim bəzi şeylərə görə partlayır. Lakin evdən danışmağıma icazə vermirlər”.
yasamal.tv xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb.
Tez-tez emosional çıxışları ilə diqqət çəkən sənətçi gərgin günlər keçirdiyini bildirib: “Deyirlər ki, nəyinə lazımdır, qarışma. Amma danışmasam, oturduğum yerdə infarkt ola bilərəm.
Bəlkə bir veriliş açım, sonra da evdə və yaxınlarımdan mənə danışmağa imkan verməyən dostlarıma deyim ki, mənlik deyil, mövzunu rəhbərlik belə tapşırdı”.(musavat.com)