Azərbaycanda ödəmə terminalından və mağazadan oğurluq etmiş şəxs tutulub.
yasamal.tv Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış “E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.
Həmin şəxsin ətrafında əlavə araşdırmalar aparılır.