Bütün dünyada koronavirusun gözlənilən ikinci dalğası başlayıb. Eyni zamanda, COVİD-19 infeksiyasına yoluxma yolları ilə bağlı yeniliklər ortaya çıxır. Son məlumatlara görə, siqaret və tütün tüstüsü ilə koronavirusa yoluxmanın mümkünlüyü müzakirə edilir.
yasamal.tv xəbər verir ki, artıq qardaş ölkədə küçədə siqaret çəkməklə bağlı məhdudiyyətlər tətbiq olunub. Mütəxəssislər tütün tüstüsündən qorunmağı da tövsiyə ediblər.
Səhiyyə Nazirliyinin elmi şurasının üzvü, Ankara Şəhər Xəstəxanası Təcili Tibbi Yardım Klinikasının əməkdaşı Afşin Emre Kayıpmaz bildirib ki, təkcə siqaret çəkənlər deyil, həmçinin tüstüsünü hiss edənlər də təhlükədə ola bilərlər.
“Koronavirusun hava damcı yolu ilə, məsələn, öskürək və asqırma zamanı yayıldığı bəllidir. İnfeksiyaya yoluxan şəxs siqaret çəkərkən tüstüsü ilə ətrafdakıları yoluxdura bilər”, – Kayıpmaz deyib. O əlavə edib ki, simptomları olmayan virus daşıyıcıları bu yolla digərlərini yoluxdura bilərlər.(virtualaz.org)