Samir Abasovun “Neftçi”də köməkçiləri müəyyənləşdi

10

“Neftçi”nin yeni baş məşqçisi Samir Abasovun köməkçiləri müəyyənləşib.

yasamal.tv xəbər verir ki, 42 yaşlı mütəxəssisin məşqçilər korpusunda Seymur Rəhimov və Vəfadar Quliyev yer alacaq.

Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.(fanat.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin