Rafet El Roman 1 lirə təzminat ödəyəcək

13

Türkiyəli müğənni Rafet El Roman 1 lirə dəyərində təzminat ödəyəcək.

yasamal.tv xəbər verir ki, buna səbəb müğənninin İnstaqram hesabında keçmiş qayınatası Atilla Kaplakarslanın ünvanına yazdığı təhqir və ittiham dolu paylaşımlardır. Paylaşımlarda “Sən bu dünyada tanıdığım ən qorxaq, yaltaq və yalançı insansan” kimi fikirlər yer alıb.

Bu sözlərdən narahat olan Atilla keçmiş kürəkənini məhkəməyə verərək ondan 1 lirə təzminat ödəməsini tələb edib. Məhkəmə Kaplakarslanın ərizəsinə baxıb və onun şikayəti haqqında qərar verib. Qərara əsasən, Rafet El Roman keçmiş qayınatasına 1 lirə təzminat ödəcəyək.

Qeyd edək ki, müğənni Kaplakarslanın qızı Cerendən 4 il əvvəl ayrılıb. (Axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin