Avropa İttifaqında 59 milyon iş yeri təhlükə altına düşüb

14

Avropa İttifaqında (Aİ) koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrana görə, təxminən, 59 milyon iş yeri təhlükə altına düşüb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” “McKinsey and Company” beynəlxalq konsaltinq şirkətinin hesabatına istinadən məlumat verib.

Nəşrin məlumatına görə, mövcud vəziyyət Aİ-də özəl sektorda çalışanların dörddə birindən çoxuna təsir göstərə bilər.

Analitiklərin fikrincə, ən böyük zərbə risk zonasındakı iş yerlərinin 74 faizinin cəmləşdiyi ictimai iaşə sferasına, eləcə də mənzil və hotel sektoruna dəyəcək.

“McKinsey”in “bədbin ssenari”sinə görə, Aİ-də işsizlik səviyyəsi 2021-ci ilədək 11,2%-ə qədər arta və çətin ki 2024-cü ilə qədər böhrandan əvvəlki səviyyəyə qayıda bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin