“Dindarların hisslərini təhqir edənlər təxribatçıdırlar” – Putin

13

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Federasiyasında konfessiyalararası fikir ayrılığı zəminində təxribatlara yol vermək olmaz.

yasamal.tv xəbər verir ki, bu barədə prezident noyabrın 4-də dini birliklərin nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı həm söz azadlığının arxasında gizlənib dindarların dini hisslərini təhqir edənləri, həm də bundan zorkılığa və dözümsüzlüyə haqq qazandırmaq üçün bəhanə kimi istifadə edənləri təxribatçı adlandırıb.

O, qeyd edib ki, belə hallarda cəmiyyətdə münaqişələr qar topası kimi çoxalır və illərlə, on illərlə davam edə bilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin