ABŞ-ın neft ehtiyatları 484 mln. barelədək azalıb

12

Ötən həftənin yekunlarına görə (26-30 oktyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 8 mln. barel azalaraq 484,4 mln. barel təşkil edib.

yasamal.tv-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,89 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin