Oğurluq edən üç nəfər tutuldu

18

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki evlərin birindən içərisində 322 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Ağayev saxlanılıb.

yasamal.tv xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də paytaxt sakini İ.Nəsirovun 2400 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri K.Həsənovun mobil telefonunu dələduzluq yolu ilə almaqda, P.Hacıyevin isə cibindən içərisində 4700 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Əmirov saxlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin