Bakı sakini bıçaqlanıb

15

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Millitribuna.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Oqtay Şabanov küçəsində 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhmən oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hələlik naməlum şəxs K.Qasımova bıçaq bir neçə xəsarət yetirib.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxananın növbətçi cərrahının APA-ya verdiyi məlumata görə, K.Qasımovun bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin