Ötən gün Ermənistan ordusunun Bərdə rayonu ərazisinə raket hücumu nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilib.
yasamal.tv-ın məlumatına görə, Aysu İsgəndərova Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması zamanı 4 mülki şəxs həlak olub, 14 nəfər yaralanıb.
Həlak olan vətəndaşlarımızdan biri 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Onun 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Ümumilikdə yaralılardan 4-ü azyaşlıdır.(Azvision.az)