Hərbi çağırışçılar COVID-19 testindən keçirilir

13

Hərbi xidmətə çağırılan şəxslərin koronavirusla bağlı testlərdən keçirilməsi davam edir.

yasamal.tv-ın məlumatına görə, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVID-19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub:

“Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələrinin bir neçə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin