İsrail səfiri Mingəçevirə səfər edəcək

12

Gəncəyə səfər edən İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə gedəcək.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Corc Dik Ermənistan tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib, mövcud vəziyyətlə yerində tanış olub.

Diplomat Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan şəxslərin müvəqqəti yerləşdirildikləri yataqxanaya gedib.

Gəncədən sonra səfir Mingəçevirə səfər edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin