Gələn il yanvarın 10-da Qazaxıstan parlamentinin aşağı palatasına seçkilər keçiriləcək.
yasamal.tv xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Ölkə başçısı seçkilərin ilk dəfə partiya siyahıları ilə keçiriləcəyini bildirib.
Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğa seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.