Qırğızıstanın Baş prokuroru istefaya göndərildi

12

Qırğızıstan parlamenti Otkurbek Camşitovun respublikanın Baş prokuroru vəzifəsindən erkən azad edilməsinə səs verib.

yasamal.tv qafqazinfo-ya istinadən xəbər verir ki, Camşitov vaxtından əvvəl və öz xahişi ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabr seçkilərindən sonra parlamentə girə bilməyən partiyaların nümayəndələri Bişkekdə etirazlara başlayıb. Baş Nazir Kubatbek Boronov və parlament sədri Dastanbek Cumabekov istefa verib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini etibarsız sayaraq dekabrın 20-nə təkrar parlament seçkilərinin keçirilməsinə qərar verib.

15 oktyabrda isə Prezident Sooronbay Jeenbekov istefa edib, bununla dövlət başçısının səlahiyyətləri Sadır Japarova keçib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin