2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 milyard 54,9 milyon manatlıq məhsul satılıb.
yasamal.tv xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
O cümlədən, 15 milyard 121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.
Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub: