Türkiyəli müğənni Mahsun Kırmızıgül Azərbaycanla bağlı paylaşım edib.
yasamal.tv xəbər verir ki, sənətçi İnstaqram səhifəsində hekayə bölümündə ermənilərin atdığı raket nəticəsində Gəncədə yaralanan uşaqların fotolarını yayımlayıb.
Kırmızıgül “Bu uşaqlar yazıqdır. Müharibənin qalibi olmaz. Gəncədə mülki vətəndaşlara edilən hücumu qınayıram. Azərbaycan xalqının yanındayım” sözlərini qeyd edib.(axsam.az)