Ayətullah Həmədani: “Qarabağ azad edilməlidir”

9

“Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qaytarılmalıdır”.

yasamal.tv xəbər verir ki, bu bəyanatı şiə mərceyi-təqlidlərindən biri olan Ayətullah Nuri Həmədani verib.

Ayətullah Həmədani Azərbaycan mövzusunda verilən suala fətva hökmü daşıyan cavabında bildirib: “Azərbaycana səfərim zamanı tövfiq əhlindən olan bəzi şəxslərlə görüşdüm və eyni səfər zamanı Dağlıq Qarabağın İslam dünyasının bir parçası olduğunu və İslam ölkəsinə qaytarılmalı olduğunu söylədim.

İnqilab ruhu ilə o sərhəddəki şiələr azad edilməli və düşmənlər İran və Azərbaycan xalqları arasında bölünmə barədə düşünməməli olduqlarını bilməlidirlər. Biz bu bölgədəki şiələrin yanındayıq və tələblərinin yerinə yetirilməli olduğuna inanırıq”.(strateq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin