Kivinin bilinməyən – Faydaları

10

Kivinin faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.

yasamal.tv xəbər verir ki, qiymətli qida məhsulu olan kivi C vitamini ilə zəngindir. Tərkibində A, E, K vitaminləri, kalsium, maqnezium, fosfor, potasium vitaminləri mövcuddur.

Bəs kivinin faydaları nədədir?

– Kivi astma xəstəliyinin müalicəsində yardım edir. Kivi xırıltılı tənəffüs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir.

– Həzmə kömək edir. Tərkibində həzm sistemi üçün mühüm olan liflər mövcuddur. Bu liflər sayəsində kivi qəbizliyi aradan qaldırır.

– Bu meyvə diabetli insanlar tərəfindən də istifadə edilə bilər. Qan şəkərini yüksəltməz.

– Yaraların sağalma müddətini tezləşdirir.

– Yuxu keyfiyyətini artırır. Bu səbəbdən yuxu problemi olanlar kividən istifadə edə bilərlər. Bunun üçün yatmazdan bir saat öncə 1 kivi yeyin.

– Xolestrolu aşağı salır və bununla da ürək-damar sisteminin sağlamlığını qoruyur.

– İmmun sistemini gücləndirir.

– Görmə keyfiyyətinə müsbət təsir göstərir.

– Sızanaqlardan tez xilas olmağınızı təmin edir.

– Çatlayan dodaqlar üçün də istifadə edə bilərsiniz.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin