Cəbhədə döyüşən əsgərlərimizin ailələrinə yardım etmək istəyənlərin nəzərinə! – Dəstək ola bilərsiniz

12

Mövcud müharibə şəraitində bəlkə də elə bir insan yoxdur ki, onun ailə üzvlərindən ən azı biri, qohumu, dostu, ümumilikdə tanıdığı bir nəfər orduya çağırılmasın.

Son günlər Azərbaycan ordusuna göstərilən dəstək baxımından sıravi vətəndaşlarımız əsgərlərimiz üçün cəbhə bölgəsinə kifayət qədər maddi yardım ediblər və bu, davam etməkdədir. Düzdür, dövlət ordunu təmin etmək iqtidarında olsa da, sıravi vətəndaşlarımız bu cür yardımlar etməklə, ordumuzun yanında olduğunu göstərməyə çalışır.

Lakin unutmaq olmaz ki, ani çağırışla səngərə yollanan əsgərlərimizin də geridə qoyduğu bir ailələri var. Elə ailələr var ki, onların tək dolanışıq mənbəyi hal-hazırda ordudadır.

yasamal.tvArenda.az olaraq, ailə üzvü Vətənimiz uğrunda cəbhə bölgəsində döyüşən həmin əsgərlərin ailələrinə istər maddi, istərsə də ərzaqla kömək etmək üçün yardım kampaniyasına start verilir. Kampaniya çərçivəsində yardıma ehtiyacı olan əsgər ailələrinin kontakt və adreslərini də bizimlə bölüşə bilərsiniz.

Cəbhə bölgəsində vuruşan əsgərlərimizin ailələrinə yardım etmək istəyənlər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər:

Telefon: (055) 212 – 35 -55 Elnur Fərzəliyev
yasamal.tv saytının təsisçisi və baş redaktoru.

E-mail: [email protected]

Telefon: (055) 596 – 24 – 24 Mirzə Məhərrəmov
Arenda.az saytının direktoru

E-mail: [email protected]

Millitirbuna.az və Arenda.az olaraq, qısa zaman kəsiyində döyüşlərin qələbəmizlə başa çatmasına ümid edirik.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin