UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
yasamal.tv xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir zamanı 48 komanda 12 qrupa bölünüb.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibləri müəyyənləşib.
Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivbasspor” komandaları ilə birlikdə I qrupunda yer alıb.
A qrupu: “Roma” (İtaliya), “Yanq Boyz” (İsveçrə), ÇFR (Kluj, Rumıniya), MOİK (Sofiya, Bolqarıstan)
B qrupu: “Arsenal” (İngiltərə), “Rapid” (Vyana, Avstriya), “Molde” (Norveç), “Dandolk” (İrlandiya)
C qrupu: “Bayer” (Leverkuzen, Almaniya), “Slaviya” (Praqa, Çexiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Nitsa” (Fransa),
D qrupu: “Benfika” (Portuqaliya), “Standard” (Lyej, Belçika), “Reyncers” (Şotlandiya), “Lex” (Poznan, Polşa)
E qrupu: PSV (Eyndhoven, Niderland), PAOK (Yunanıstan), “Qranada” (İspaniya), “Omoniya” (Kipr)
F qrupu: “Napoli” (İtaliya), “Real Sosyedad” (İspaniya), AZ (Alkmaar, Niderland), “Riyeka” (Xorvatiya)
G qrupu: “Braqa” (Portuqaliya), “Lester” (İngiltərə), AEK (Afina, Yunanıstan), “Zarya” (Luqansk, Ukrayna)
H qrupu: “Seltik” (Şotlandiya), “Sparta” (Praqa, Çexiya), “Milan” (İtaliya), “Lill” (Fransa)
I qrupu: “Vilyarreal” (İspaniya), “Qarabağ” (AZƏRBAYCAN), “Makkabi” (Təl-Əviv, İsrail), “Sivasspor” (Türkiyə)
J qrupu: “Tottenhem” (İngiltərə), “Lüdoqorets” (Bolqarıstan), LASK (Avstriya), “Antverpen” (Belçika)
K qrupu: MOİK (Moskva, Rusiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Feyenoord” (Niderland), “Volfsberq” (Avstriya)
L qrupu: “Gent” (Belçika), “Srvena Zvezda” (Serbiya), “Hoffenhaym” (Almaniya), “Slovan” (Liberets, Slovakiya)
Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.